BAKI, 12 iyul — Sputnik. Avropa İttifaqı Şurasının sədri Donald Tusk SSRİ-nin dağılmasını bir çox Mərkəzi və Şərqi Avropa ölkələri üçün xoşbəxt hadisə adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tusk öz "Twitter" səhifəsində bildirib.
The collapse of the Soviet Union was NOT the greatest geopolitical catastrophe of the century. Today in Georgia I want to say loud and clear: the USSR collapse was a blessing to Georgians, Poles, Ukrainians and the whole of Central and Eastern Europe. And also to Russians.
— Donald Tusk (@eucopresident) 11 июля 2019 г.
Tuskun sözlərinə gərə, SSRİ-nin dağılması ötən əsrin ən böyük geosiyasi fəlakəti deyil.
"Bu gün mən Gürcüstandan aydın və yüksək səslə demək istəyirəm: SSRİ-nin dağılması gürcülər, polyaklar, ukraynalılar və Mərkəzi və Şərqi Avropa üçün xoşbəxt hadisədir. Həm də ruslar üçün".