Naqiyə Rzayeva artıq 4 ildir ki, qum rəsmi ilə məşğuldur və Azərbaycanda incəsənətin bu növü ilə məşğul olan nadir rəssamlardan biridir.
Qumla rəsmlər canlı olaraq 5-10 dəqiqə ərzində nümayiş olunur. Süjet xətti qurulur və rəsmlərin birindən digərinə transformasiya göstərilir. Naqiyə xanım deyir ki, bəzən 10 dəqiqə ərzində nümayiş edilən rəsm üçün aylarla işləyir və hazırlıq görür.
Naqiyə xanım həm ipək üzərində işləyir, həm də rəngkarlıqla məşğuldur. Amma bu növlərin arasında qum rəsminin daha qəliz olduğunu deyir. Burada vaxt daha məhduddur və qərarlar yerində qəbul edilir.
Həmsöhbətimiz 4 il ərzində 30-a yaxın süjet yığıb və gördüyü işlərə görə bir sıra adlara, mükafatlara da layiq görülüb.