CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayona gedən həkimlərə əlavə ödənişlər veriləcək

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidƏmıəliyyat otağında həkim, arxiv şəkli
Əmıəliyyat otağında həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İcbari tibbi sığortanın rayonlarda da tətbiqi üçün dövlət agentliyi tərəfindən işlərə başlanılıb

BAKI, 12 iyul — Sputnik. "Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik. Bunun üçün həmin həkimlərə əlavə müəyyən paketlərin verilməsi, əməkhaqqında müəyyən fərqlərin olması ilə bağlı təklifləri müzakirə edirik". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Qeyd edək ki,  icbari tibbi sığortanın 2020-ci ilin yanvarın 1-dən tətbiqi gözlənilir. Bu istiqamətdə olan əsas məqsədlərdən biri isə respublikanın digər bölgələrində olan həkim çatışmazlığı ilə bağlı problemi həll etməkdir.  Bu problemin həlli istiqamətində artıq bir neçə məsələ təklif olunub. Bu təkliflər arasında işi ilə əlaqədar həftənin bir neçə günü rayonda olan həkimlərə əlavə ödənişlərin verilməsi də yer alıb.

Xəbər lenti
0