CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizə çirkab su axıdan istirahət mərkəzi haqqında protokol tərtib edilib

© Sputnik / Murad OrujovHövsan qəsəbəsi ərazisində Xəzər dənizinin ekoloji vəziyyəti
Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin ekoloji vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Bu istiqamətdə tədbirlər davam etdirilir

BAKI, 12 iyul — Sputnik. Sumqayıtda "Alma" istirahət mərkəzi haqqında protokol tərtib edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının birgə keçirdiyi yoxlamalar zamanı "Alma" istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib.

A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti
0