BAKI, 11 iyul — Sputnik. Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.
Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.