İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi polis polkovniki Əlaslan Ağayevin oğlu, 1991-ci il təvəllüdlü Orxan Ağayev faciəli şəkildə ölüb.
Sputnik Azərbaycan xəbər verir ki, onun özünü Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən ataraq intihar etdiyi deyilir.
Hazırda ölümün səbəbləri araşdırılır.