SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov Avropa komissarı ilə Qarabağı müzakirə etdi

© AP Photo / Tran Van MinhМинистр иностранных дел Азербайджана Эльмар Мамедъяров
Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində qonağı məlumatlandırıb

BAKI, 11 iyul — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək, rəsmi Bakının təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğunu bildirib.

Bakıya səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyatoviç səfər proqramının təşkili üçün Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Заместитель генерального секретаря ОДКБ Валерий Семериков - Sputnik Azərbaycan
Qarabağ münaqişəsi Qafqazda əlavə gərginlik yaradır

Azərbaycana səfərinin əsas məqsədlərindən birinin məcburi köçkünlərin insan hüquqları olduğunu qeyd edən Komissar, azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü bildirib və onların ləyaqətli yaşamaları üçün Azərbaycan Hökuməti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Öz növbəsində, E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində məlumat verib.

Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.

Xəbər lenti
0