CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maşından cəmdək tapdılar, nə olduğunu bilmədilər

Abunə olmaq
AQTA daha bir təhlükənin qarşısını aldı

BAKI, 11 iyul — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yararsız vəziyyətdə olan külli mqidarda ət aşkarlayıb. Bu barədə AQTA-dan Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Xaldan-Ağdaş şossesində Mehdiyev Məhəmməd Mikayıl oğlunun idarə etdiyi 10-KG-920 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 198 kiloqram yararsız ət aşkar olunub.

© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiMaşının yük yerində tapılan cəmdək
Maşından cəmdək tapdılar, nə olduğunu bilmədilər - Sputnik Azərbaycan
Maşının yük yerində tapılan cəmdək

QAZ 31-10 markalı nəqliyyat vasitəsinin yük yerində saxlanılan 1 baş iribuynuzlu heyvan cəmdəyinə baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik görüntülərinə əsasən, bakterioloji çirklənməyə məruz qaldığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.

Xəbər lenti
0