CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çarəsizliklərini ağacın kölgəsində gizlədənlər – Onlar çörəkpulu üçün evdən çıxıblar

© Sputnik / Nigar IskanderovaAğacın kölgəsində gizlənənlər
Ağacın kölgəsində gizlənənlər - Sputnik Azərbaycan
Abunə olmaq
Kimisi dondurma, kimisi qarğıdalı satır, kimisi isə....

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Havanın temperaturunun yüksəlməsi, qızmar günəş açıq havada işləyənlərin işini bir az da çətinləşdirir. Bizlər kondisionerin sərin havası altında oturub istidən şikayətlənəndə, kimsə də yayın boğanaq havasında çöldə çalışır. Əksər hallarda onlar çarəsizliklərini yalnız ağacın kölgəsində gizlətməyə çalışırlar. Sübh tezdən qaynayan şəhərin küçələrinə axışan Bakının "qara" fəhlələrinin üzündə, elə qırışlarında da illərin əzabını, iztirabını görmək mümkündür.

© Sputnik / Nigar IskanderovaAğacın kölgəsində gizlənənlər
Çarəsizliklərini ağacın kölgəsində gizlədənlər – Onlar çörəkpulu üçün evdən çıxıblar - Sputnik Azərbaycan
Ağacın kölgəsində gizlənənlər

Sputnik Azərbaycan-ın əməkdaşı qızmar günəş altında çalışan paytaxtın yerli və gəlmə işçiləri ilə söhbətləşib, onlardan hal-əhval tutub.

Həmsöhbətimiz Şəhla Fəttayeva təmizlik işləri ilə məşğuldur. O, uzun illərdir ki, Bakıya gəlib. İki oğlu və gəlini ilə birgə bir damın altına sığınan ana övladlarına dəstək olmaq üçün çörəkpulu qazanır: "Hər gün səhər tezdən Mətbuat prospektinə gəlirəm. Paytaxtın Mətbuat prospektindəki müəyyən ərazinin təmizlik işlərinin bir hissəsi mənə həvalə olunub. Qışdan fərqli olaraq yayda işləmək daha çətindir. İsti bəzən nəfəsimizi kəsir. Sərinlənmək üçün yarım saatdan bir ağacın kölgəsinə sığınıram. Susuzluğu yatırmaq üçün tez-tez ağacın altında nəfəsimizi dərib çaydan, sudan içirik”.

© Sputnik / Nigar IskanderovaAğacın kölgəsində gizlənənlər
Çarəsizliklərini ağacın kölgəsində gizlədənlər – Onlar çörəkpulu üçün evdən çıxıblar - Sputnik Azərbaycan
Ağacın kölgəsində gizlənənlər

Metronun “28 May” stansiyasının qarşısında lavaş satan Gülər Əsədova da günün altında işləyib alın təri ilə pul qazananlardandır. Evinin Ələtdə olduğunu deyən ana Bakıda pul qazanmaq üçün hər gün lavaş bişirir: “Ancaq lavaş satıram. Artıq neçə ildir ki, bu işlə məşğulam. Hər gün lavaş bişirirəm, həftənin iki günü isə bura gələrək satıb pul qazanıram. Yayda istidən nəfəs almaq olmur. Nə edim, başqa yerdə iş yoxdur. Lavaşla çörək pulumu qazanıram. İmkanım olsaydı, mən burda olardım?”

© Sputnik / Nigar IskanderovaAğacın kölgəsində gizlənənlər
Çarəsizliklərini ağacın kölgəsində gizlədənlər – Onlar çörəkpulu üçün evdən çıxıblar - Sputnik Azərbaycan
Ağacın kölgəsində gizlənənlər

Ananın günlük qazancı isə o qədər də çox deyil: “Gündəlik 15-20 manat qazanıram, o da heç çəkdiyim əziyyətə dəymir”.

Lakin qızmar hava kiməsə sərf etməsə də, kimin üçün əlavə qazanc mənbəyinə çevrilib. Həmsöhbətimiz olan taksi sürücüləri deyir ki, bəzən belə isti havalarda insanlar qısa yolu qət etməyə tənbəllik edərək taksi ilə getməyə üstünlük verirlər. Amma bununla belə, onlar da gileylidir.

© Sputnik / Nigar IskanderovaAğacın kölgəsində gizlənənlər
Çarəsizliklərini ağacın kölgəsində gizlədənlər – Onlar çörəkpulu üçün evdən çıxıblar - Sputnik Azərbaycan
Ağacın kölgəsində gizlənənlər

Taksi sürücüsü Murad Əliyev deyir ki, başqa işi olsaydı, günün qızdığı belə vaxtda heç taksi sürməzdi: “Bu işdir ki?! Amma nə edim, mən də bu yolla qazanıram. Ötən aylara baxanda, bu ay daha çox müştərim olub. Şükür, qazancım normaldır, məni qane edir. Hərdən deyirəm ki, kaş belə istilər olmayaydı. Amma hərdən də fikirləşirəm ki, istilər olmasa, qazancımız az olar".

© Sputnik / Murad OrujovKölgəlik axtaran taksi sürücüsü
Çarəsizliklərini ağacın kölgəsində gizlədənlər – Onlar çörəkpulu üçün evdən çıxıblar - Sputnik Azərbaycan
Kölgəlik axtaran taksi sürücüsü

Bakının gəlmə və yerli sakinləri günəşin qızmar şüaları altında hər gün evlərinə çörəkpulu aparmaq üçün açıq havada işləmək məcburiyyətindədirlər.

Kənardan isə “dadlı bişmiş qarğıdalı 1 manata”, “qovrulmuş şabalıd 4 manata”, “ləziz türk dondurmasına qonaq olun” deyən səslər eşidilir...

Xəbər lenti
0