CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bankın qərarına hörmət edən yoxdur - banklara niyə "hədiyyə" etməliyik?

© AP Photo / MARTIN MEISSNER500 avroluq pul nişanı
500 avroluq pul nişanı - Sputnik Azərbaycan
Abunə olmaq
"Bankların heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır", - Vüqar Bayramov

BAKI, 10 iyul — Sputnik. "Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir. Məsələn, 500-lük əskinaslardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka "hədiyyə" etmək məcburiyyətindədir".

Полиция Германии, фото из архива - Sputnik Azərbaycan
Avropa Mərkəzi Bankı bomba üstündə oturub

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov "Facebook" statusunda yazıb. O bankların əsassız komisyon haqq müəyyənləşdirməsinə də münasibət bildirib: "Bankların tədavüldə istifadəsi davam edən əskinas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər bankları, nə olur-olsun, gəlir əldə etmək maraqlandırır. Halbuki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əskinaslarının ölkə daxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan etmişdi. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir".

Kredit kartları, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq bank kartları daha işləməyəcək

"Qeyd edim ki, Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixində 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər", - deyə iqtisadçı-alim əlavə edib. 

Xəbər lenti
0