CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

NATO nümayəndələri Bakıda görüş keçirirlər

© AR Ministry of DefenseBakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir

BAKI, 10 iyul — Sputnik. NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan ƏİK Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır.

İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.

https://mod.gov.az/az/news/bakida-nato-nun-emeliyyat-imkanlari-konsepsiyasi-proqrami-cercivesinde-isci-gorusu-kecirilir-video-27565.html

Xəbər lenti
0