CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44% təşkil edib - Həyəcan təbili

© Official website of President of Azerbaijan RepublicQubada “Günəş” körpələr evi-uşaq bağçası açılıb
Qubada “Günəş” körpələr evi-uşaq bağçası açılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. "Son zamanlar mediada Azərbaycanda uşaq bağçalarına tərəfimizdən hər birinə 1500 manat olmaqla cərimələr tətbiq olunması haqda məlumatlar yer alıb. Bəli, uşaq bağçalarında bizim tərəfdən monitorinqlər aparılması xəbəri düzgündür".

Цены на сливочное масло в супермаркетах Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əsl nehrə yağını seçməyin yolu varmış - AQTA sədri açıqladı

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Q.Təhməzli respublika ərazisində 1600 uşaq bağçasının fəaliyyət göstərdiyini, qurum tərəfindən seçim yolu ilə 400 belə bağçada monitorinq aparılmasının planlaşdırıldığını vurğulayıb: "Məqsəd böyüməkdə olan nəsli sağlam qida ilə təmin etməkdir. Artıq Səhiyyə Nazirliyi tərəfindən qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, bu sənəd təsdiqini tapacaq. Sənəd təsdiqləndikdən sonra onun bağçalarda tətbiqinə başlanılacaq".

"Azərbaycanın bütün regionlarında bağçalara eyni qidanın verilməsi düzgün deyil. Çünki bəzi regionlarda yod çatışmazlığı, bəzilərində isə dəmir çatışmazlığı var. Dəmir çatışmazlığı əsasən qız uşaqlarında müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib", - deyə agentliyin sədri əlavə edib.

Xəbər lenti
0