"Çıx, quldur" – Zelenski şəhər şurasının katibini iclasdan qovdu – VİDEO

© AFP 2024 / ODD ANDERSENVladimir Zelenskiy, arxiv şəkli
Vladimir Zelenskiy, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Sən dəqiq prezident deyilsən, çünki prezidentin cinayətkarlıqla əlaqəsi olmur"

BAKI, 10 iyul — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Borispol şəhər şurasının katibi Yaroslav Qodunoku "quldur" adlandıraraq iclasdan qovub.

Sputnik Azərbaycan "Obozrevatel" nəşrinə istinadən xəbər verir ki, Borispolda keçirilmiş iclas zamanı mərkəzi rayon xəstəxanası müzakirə olunub. Bu an zalda Qodunokun qışqırıqları eşidilib və bu Zelenskinin xoşuna gəlməyib.

Малые бронированные артиллерийские катера Бердянск и Никополь (слева) и рейдовый буксир «Яны Капу» ВМС Украины, задержанные пограничной службой РФ за нарушение государственной границы России, в порту Керчи - Sputnik Azərbaycan
Zelenski Putinə çağırış etdi: "Uşaqları valideynlərinə qaytarın"

Prezident isə cavab olaraq deyib ki, kimsə çox qışqıranda köməkçilərindən həmin şəxs barəsində internetdə məlumat tapmağı xahiş edir. Bundan sonra isə o, telefonun ekranından məlumatları oxumağa başlayıb.

"Mən qəzetdə oxumuşam; deyin görüm bu həqiqətdir, yoxsa yox: "Batkıvşina" partiyasının üzvü, Borispol şəhər şurasının katibi Ukrayna Cinayət Məcəlləsinin 142-ci maddəsinin (soyğunçuluq) 3-cü bəndinə əsasən ağır bədən xəsarətlərinə səbəb olduğuna görə ittiham olunub. Yaroslav Nikolayeviç, bu sizsiz? Çıx burdan! Çıx, quldur", - Zelenski deyib.

Qodunok hiddətlənərək baş verənləri "sirk" adlandırıb və inauqurasiya çıxışında Zelenskinin "hər ukraynalı prezidentdir" sözlərini ona xatırladıb.

"Sən dəqiq prezident deyilsən, çünki prezidentin cinayətkarlıqla əlaqəsi olmur. Get gəz!" - Zelenski ona cavab olaraq deyib.

Xəbər lenti
0