SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Tuskun Bakı səfərindən danışdı: yekun sənədin imzalanacağına şübhə etmirəm

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Aİ ilə aramızda əsasə məsələ yekun sənədin imzalanmasıdır
Fikrət Sadıxov: “Aİ ilə əməkdaşlıq strateji partnyorluq xarakteri daşıyır”

Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Donald Tusk arasında təkbətək görüş keçirilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir:

“Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq strateji partnyorluq xarakteri daşıyır. Aramızda əsas məsələ Aİ ilə yekun sənədin imzalanmasıdır. Bununla bağlı olaraq, biz düzəlişlərimizi etmişik və şərtlərimizi də irəli sürmüşük. Düşünürəm ki, D.Tuskun bu səfəri yekunda sənədin imzalanmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda yekun sənədin imzalanacağına şübhə etmirəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0