BAKI, 10 iyul — Sputnik. Almaniya Kansleri Angela Merkel növbəti dəfə rəsmi tədbir zamanı özünü pis hiss edib.
Sputnik Azərbaycan xəbər verir ki, Finlandiya Baş naziri Antti Rinne ilə Berlində görüşü zamanı Merkeli əsməcə tutub.
Hadisənin görüntüləri "Twitter"də yerləşdirilib. Kadrlarda Merkel və Rinnenin ayaq üstə nitqə qulaq asdıqları görünür. Gözlənilmədən Almaniya Kansleri titrəməyə başlayır. Fin hökumətinin rəsmisi isə baş verənlərə reaksiya vermir.
— Basti (@djcooky78) 10 июля 2019 г.
Qeyd edək ki, son iki ayda bu artıq üçüncü belə haldır. İyunun 18-i Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Merkel özünü pis hiss edib. Yayılmış kadrlarda Merkelin gözlənilmədən əsməyə, titrəməyə başladığı görünüb. Bir dəqiqə ərzində Almaniya kansleri əlinin vəziyyətini təxminən 10 dəfə dəyişib. Ukrayna prezidenti isə baş verənlərə reaksiya verməyib.
Bu hadisədən bir neçə gün sonra Merkel Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin keçirdiyi rəsmi qəbul zamanı əsməyə başlayıb. Ona su təklif edilsə də, Merkel bundan imtina edib.