CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevinc Qədirova vəzifədən getdi, başqa yerə göndərdilər

© © Sevinc Qədirovanın şəxsi arxivindənSevinc Qədirova
Sevinc Qədirova - Sputnik Azərbaycan
Abunə olmaq
O, bundan sonrakı fəaliyyətini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək

BAKI, 9 iyul — Sputnik. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb. Bu barədə Sputnik Azərbaycan-a S.Qədirova özü məlumat verib.

Bakı dəmir yolu vağzalı kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qatar Bakı kəndlərinə qayıdır - "Elektriçka"ların ikinci həyatı

O, bildirib ki, bundan sonrakı fəaliyyətini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək. S.Qədirova söyləyib ki, işdən çıxarılma qərarını rəhbərlik verib. S.Qədirova qurumun mətbuat katibi postundan uzaqlaşdırılmasının səhhətində problemlərlə bağlı olduğunu söyləyib. O, bildirib ki, əməliyyat olunması üçün rəhbərlikdən məzuniyyət izni alıb: "Qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 4 il idi ki, çalışırdım və bu müddət ərzində məzuniyyətə çıxmamışdım. Ona görə də qərara gəldim ki, öncə müalicəmlə məşğul olum, sonra isə enerji ilə yeni işimin başına keçim”.

 S.Qədirova bildirib ki, yenə də Cavid Qurbanovun rəhbərliyi altında işləyəcək.

Xəbər lenti
0