Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu dəfə İstanbul Cümhuriyyət Baş Prokurorluğu FETÖ üzvləri ilə bağlı qərar verib.
Belə ki, FETÖ araşdırması çərçivəsində hazırda xidmət aparan 176 əsgər haqqında saxlanılma qərarı verilib.
İzmir Baş Prokurorluğu da terror təşkilatı ilə bağlılığı olan 35 nəfər haqqında saxlanılma qərarı verib. Onlardan 20-si hazırda xidmət aparan əsgərdir.
Qeyd edək ki, ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyədə hazırda 30 min 559 FETÖ-cu həbsxanadadır.