BAKI, 9 iyul — Sputnik. "Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyi var".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində çıxışı zamanı bildirib.
"Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyi var. 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 11 təmsilçilik ofisi və 15 fəxri konsulluğu fəaliyyət göstərir. Ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur", - deyə Məmmədyarov vurğulayıb.