BAKI, 9 iyul – Sputnik. İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlir və xərcləri artırılır.
Sputnik Azərbaycan xəbər verir ki, Fondun cari ilin büdcəsinin gəlir və xərcləri artırılaraq 98 451 400 manata çatdırılır.
Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda qəbul edilib.