Maskdan "Tesla" ilə bağlı yenilik

© AFP 2024 / Veronique DUPONTİlon Mask
İlon Mask - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə avtomobillərin yenilənməsi Full Self-Driving opsion paketi üçün 6 min dollar ödəmiş şəxslər üçün pulsuz olacaq

BAKI, 9 iyul — Sputnik. Əvvəlki illərdə istehsal olunmuş "Tesla" avtomobillərinin hamısı "tam avtomatik idarəetmə" funksiyası ilə təchiz olunacaq. Bu barədə şirkətin təsisçisi İlon Mask Twitter hesabında yazıb.

Avtomobillərin "beyin"lərinin yenilənməsi, çox güman ki, 2019-cu ilin 4-cü rübündə başlayacaq. Təxminən yarım milyon maşın modernləşdiriləcək.

​Kampaniya çərçivəsində köhnə modullu HW2+ çiplərinin əvəzinə FSD (full self-driving — "tam avtonom idarəetmə") quraşdırılacaq. Mask deyib ki, yeni prosessor artıq üç aya yaxındır ki, şirkətin bütün yeni maşınlarına quraşdırılır.

Köhnə avtomobillərin yenilənməsi Full Self-Driving opsion paketi üçün 6 min dollar ödəmiş şəxslər üçün pulsuz olacaq.

Mask hesab edir ki, tam avtonom maşınlar taksi qismində istifadə oluna bilər. Şirkət bu qənaətdədir ki, bu cür taksilərin bütün istismarı müddətində 300 min dollar gəlir əldə etmək mümkündür. 

"Tesla" şirkəti bəyan edib ki, icarəyə götürülmüş Model 3-ləri alaraq icarə müddəti bitdikdən sonra robot-taksi kimi istifadə etmək niyyətindədir.

Xəbər lenti
0