CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA zəhərlənmədən ölənlərin sayını açıqladı

© © AQTA-nın mətbuat xidmətiAQTA-nın monitorinqi
AQTA-nın monitorinqi - Sputnik Azərbaycan
Abunə olmaq
Qoşqar Təhməzli bildirib ki, 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qalması təsdiq olunub

BAKI, 9 iyul — Sputnik. AQTA qida zəhərlənməsindən ölənlərin sayını açıqlayıb.

Оснащение кареты скорой помощи, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Tovuzda kütləvi zəhərlənmə

Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli AQTA-nın 1 illik fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qalması təsdiq olunub. Zərərçəkənlərdən 2-si vəfat edib.

Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun bazasında 21 laboratoriya yaradılıb. O, qeyd edib ki, ümumilikdə sahibkarlıq sahələrində 579 yoxlama işi aparılıb, 390 iş üzrə inzibati tənbehvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-i xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qəbul olunmuş və 9850 AZN-i şərti cərimə olmaqla, ümumilikdə 280100 AZN cərimə tətbiq olunub.

Xəbər lenti
0