Çağırılmamış qonaq belə olar: İsveçrə pilotları yanlış yerdə şou göstərdilər

© AP Photo / Philippe Farjon İsveçrəli pilotaj qrupu "Patrouille Suisse"
 İsveçrəli pilotaj qrupu Patrouille Suisse - Sputnik Azərbaycan
Abunə olmaq
"Patrouille Suisse" pilotları uçuş proqramını yerinə yetirəndən sonra bazaya qayıdıblar və oradaca səhvə yol verdiklərini anlayıblar

BAKI, 9 iyul — Sputnik. İsveçrəli pilotaj qrupu "Patrouille Suisse" kifayət qədər gülməli bir "insident"lə üzləşib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Aviationist" saytı yazır.

Истребитель-бомбардировщик Су-34 - Sputnik Azərbaycan
Rusiyalı hərbçilər "Ördək Balası"nı göstərəcəklər

Məlumata görə, iyulun 6-da ölkənin şimalında yerləşən Langenbruk (Langenbruck) şəhərində İsveçrə aviasiyasının banisi Oskar Biderin ölümünün 100-cü ildönümü ilə bağlı tədbir keçirilib. Anım mərasiminin proqramına əsasən, pilotaj qrupu şəhərin üstündən uçmalı imiş.

Məlumata görə, şəhər istiqamətində uçan pilotaj qrupu yerdə çoxlu sayda çadır və insanların toplandığını görüb, həmin yerə uçub. Lakin sonradan bəlli olub ki, pilotlar səhv tədbirə qatılıblar: onlar həmin vaxt Mümlisvil (Mümliswil) kommunasında keçirilən yodl (sözsüz mahnı ifa növü) festivalı üzərində şou göstəriblər.

Beləliklə, musiqi festivalının qonaqları əlavə şou izləmək şansını qazanıblar, anım tədbirinin iştirakçılarının isə gözləri yolda qalıb.

© theaviationist / Google MapsŞou Langenbruk şəhəri üzərində göstərilməli imiş, amma təyyarəçilər Mümlisvil kommunasına üz tutublar
Çağırılmamış qonaq belə olar: İsveçrə pilotları yanlış yerdə şou göstərdilər - Sputnik Azərbaycan
Şou Langenbruk şəhəri üzərində göstərilməli imiş, amma təyyarəçilər Mümlisvil kommunasına üz tutublar

"Patrouille Suisse" pilotları uçuş proqramını yerinə yetirəndən sonra bazaya qayıdıblar və oradaca səhvə yol verdiklərini anlayıblar.

Qeyd olunur ki, "Patrouille Suisse" pilotaj qrupu "GPS" sistemi olmayan köhnə qırıcı təyyarələrdən istifadə edir.

Xəbər lenti
0