CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik sədri GMO ilə bağlı geniş yayılmış fikri təkzib etdi

© Sputnik / Zulfiya GuluyevaYarmarkada meyvə satışı
Yarmarkada meyvə satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Bəziləri seleksiya olunmuş məhsullarla genetik modifikasiya olunmuş məhsulları bir-biri ilə qarışdırırlar

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. "Bu yaxınlarda özünü ekspert adlandıran şəxs iddia edib ki, Azərbaycana idxal olunan məhsulların 99 faizi genetik modifikasiya olunub. Amma bu tamamilə yanlış məlumatdır. Qeyd edim ki, bu gün bütün dünyada 30 adda bitki genetik modifikasiya olunub. 30 adda bitkinin 504 növü məlumdur. Lakin həmin məhsulların siyahısında bu gün yerli mediada GMO kimi təqdim olunan bir çox məhsulların adı yoxdur. Məsələn, çiyələk, qarpız, armud, gilas, albalı, xiyar və s. - onlar heç zaman GMO ola bilməz. Lakin çox təəssüf ki, bəziləri inanlara yanlış informasiya verir və həmin məhsulları genetik modifikasiya olunmuş məhsul kimi təqdim edirlər. Onlar seleksiya olunmuş məhsullarla genetik modifikasiya olunmuş məhsulları bir-biri ilə qarışdırırlar".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Q.Təhməzli bildirib ki, dünyada ən çox genetik modifikasiya olunmuş məhsul qarğıdalıdır.

Agentlik rəhbəri qida təhlükəsizliyi ilə bağlı mövcud durumu qiymətləndirərək Azərbaycana idxal olunan bütün məhsulların yoxlanıldığını diqqətə çatdırıb.

Xəbər lenti
0