CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaqqabısında heroin daşıyan "qoçaq" ələ keçdi

© Sputnik / Rahim MuradovAstara Rayon Polis şöbəsi
Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Astara Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından yarım kiloqramdan artıq narkotik vasitə gətirən şəxs saxlanılıb.

© AR Ministry of Internal AffairsAyaqqabıların içindən tapılan narkotik bükülüsü
Ayaqqabıların içindən tapılan narkotik bükülüsü - Sputnik Azərbaycan
1/2
Ayaqqabıların içindən tapılan narkotik bükülüsü
© AR Ministry of Internal AffairsAyaqqabıların içindən tapılan narkotik bükülüsü
Ayaqqabıların içindən tapılan narkotik bükülüsü - Sputnik Azərbaycan
2/2
Ayaqqabıların içindən tapılan narkotik bükülüsü
1/2
Ayaqqabıların içindən tapılan narkotik bükülüsü
2/2
Ayaqqabıların içindən tapılan narkotik bükülüsü

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan  Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhəri Corat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Rövşən Şükürov Astara şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan R.Şükürov Astara Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı hər iki ayaqqabısının içərisindən qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə satış məqsədilə gətirdiyi ümumi çəkisi 505 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0