CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük hüququ olmayan şəxs avtomobil idarə edərsə…

Abunə olmaq
"Elə hesab edirlər ki, əgər vətəndaş əlildirsə, polis ona mütləq şəkildə güzəşt etməlidir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Bir neçə gün öncə Şirvan şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Sükan üzərində səs siqnalı düyməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Salamı da siqnalla veririk” – Sürücülük mədəniyyətimiz niyə yoxdur
Qəza zamanı Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Toğrul Babayev 52 BK 773 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Nəticədə serjant Toğrul Babayev ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Müəyyən edilib ki, "VAZ 2107"ni idarə edən Salyan rayon sakini, Emil Bəylər oğlu Heydərov 1-ci qrup əlildir və sürücülük vəsiqəsi yoxdur. E.Heydərov bundan öncə avtomobili həmişə İkinci Varlı kəndi ərazisində sürüb. Qəza baş verən gün isə rayon mərkəzinə getmək üçün əsas yola çıxıb.

Nə qədər acınacaqlı olsa da, bu gün vətəndaşlar sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşirlər. Bu kimi hallar istər paytaxtda, istərsə də bölgələrdə baş verir.

Bəzən valideynlər etdikləri hərəkətin məsuliyyətini anlamadan sükanı uşaqlarına etibar edirlər. Nəticələr isə heç də ürəkaçan olmur.

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb. Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradır. Amma buna baxmayaraq, kənd yerlərində vətəndaşlar sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirlər. Hətta bəzən valideynlər öz avtomobillərini idarə etmək üçün 14-15 yaşlı övladlarına da həvalə edirlər:

"Kənd yolları çox zaman yol patrul xidmətinin nəzarətindən kənarda olduğu üçün vətəndaşlar hesab edirlər ki, polis nəzarəti yoxdursa, onlar istədikləri kimi avtomobil sürə bilərlər. Amma bu, yolverilməzdir".

Allahverənov qeyd edir ki, əlillər cəmiyyətin həssas təbəqəsi olmalarına baxmayaraq, Yol hərəkəti haqqında qanunda onlarla bağlı güzəştlər yoxdur. Əksinə, əlillik dərəcəsindən asılı olaraq, avtomobillərində xüsusi konstruksiyalar quraşdırılmalıdır ki, onlar avtomobil idarə edə bilsinlər: "Vətəndaşlar bu məsələyə çox zaman əhəmiyyət vermirlər. Elə hesab edirlər ki, əgər vətəndaş əlildirsə, polis ona mütləq şəkildə güzəşt etməlidir. Bu, yanlış yanaşmadır.

Yol nişanları, arxiv şəkli - Sputnik Azərbaycan
Bakıda əcaib yol nişanı quraşdırılıb
Amma qanun qarşısında hər kəs eynidir. İnzibati Xətalar Məcəlləsinə nəzər salsaq, görərik ki, əlillər üçün xüsusi imtiyazlar yoxdur. Şəxsin sürücülük hüququ və bu hüququ təsdiq edən sənədi olmalıdır. Sənədi olmayan vətəndaşlar sükan arxasına keçməməli və yol polisindən xüsusi güzəşt gözləməməlidirlər".

Sürücülük hüququ olmadan avtomobil idarə edən sürücü hər hansı bir qanun pozuntusuna yol verirsə, bu zaman o daha ciddi məsuliyyətə cəlb edilə bilər.

"Bu kimi hallar nəzarətsizlikdən yaranır. Nəzarətdən kənar qalan kəndlərdə belə hallar daha çox baş verir. Mən özüm çox şahid olmuşam", - deyə o bildirib.

Ekspertin fikrincə, bu kimi halların qarşısını almaq üçün bölgələrdə maarifləndirmə işləri aparılmalıdır.

Hüquqşünas Fərid Həmidli qeyd edir ki, adıçəkilən hallar İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə tənzimlənir və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər 100 manat məbləğində cərimə edilirlər.

Onun sözlərinə görə, məcəllənin müvafiq maddəsinə əsasən, sürücülük hüququ olmayan şəxs zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirərsə, 400 manat cərimə oluna və ya 1 ay müddətində azadlıqdan məhrum edilə bilər.

Eynisəviyyəli piyada keçidləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sumqayıtda yanlış yol nişanları ekspertə xəcalət təri tökdürdü

"Bu məsələ 332-ci maddənin müxtəlif müddəaları ilə tənzimlənir. Yəni hər hansı bir hadisə baş verən zaman məsələyə hüquqi qiymət verilir. Burada sürücülük hüququ olmayan şəxsə avtomobil verən şəxslər də inzibati məsuliyyətə cəlb edilə bilərlər", - deyə Həmidli qeyd edib. 

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsini idarə edilməsi üçün idarəetmə hüququ olmayan şəxsə verməsi zamanı fiziki şəxslər altmış manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə edilirlər.

Xəbər lenti
0