CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya arenasına çıxan Şəki ilə bağlı möhtəşəm plan - Eksklüziv

© Sputnik / Shahperi AbbasovaŞəki şəhərində qədim küçələrdən biri. Arxiv şəkli
Şəki şəhərində qədim küçələrdən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qoruq ərazisində yaşayanların köçürülməsi məsələsinə də aydınlıq gətirildi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Şəkinin inkişaf konsepsiyası hazırlanaraq ölkə başçısına təqdim olunub. Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Türk xalqları Şəkidə birləşdi

K. Quluzadə bildirib ki, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınıb, oradakı tarixi abidələrin inventarizasiyası aparılıb.

Agentlik sözçüsü deyib ki, Şəki Şəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində 14 min əhali yaşayır. Abidələrin bir qismi şəxsi mülkiyyətdə olan ərazilərdə olduğundan, həmin abidələrin qorunması, bərpası ilə bağlı işlər birgə həyata keçiriləcək. K. Quluzadə onu da bildirib ki, planda Şəkinin qoruq ərazisində olan tikililərin öz əvvəlki vəziyyətinə, qədimi görkəminə qaytarılması istiqamətində də iş aparılacaq:

"Şəkinin tarixi ərazisində qədimdə evlərin damı qırmızı kirəmitlə olsa da, bəzilərinin dam örtüyü sonradan dəyişdirilib. Bundan əlavə, yolda da müəyyən dəyişikliklər olub. Ona görə nəzərə alınıb ki, Şəkinin tarixi hissəsində tikililər, eləcə də yol örtüyü qədimi dövrdə olduğu görkəmə qaytarılsın. Loru dildə desək, Şəki keçmişinə qaytarılacaq. Qoruq ərazisində yaşayanların köçürülməsi nəzərdə tutulmur".  

Xəbər lenti
0