CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar xilas oldular, amma təhlükə an məsələsidir

© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. İyunun 1-dən bu günə kimi 79 nəfər boğulma təhlükəsi ilə üz-üzə qalıb və onlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas ediliblər.

Bu barədə Sputnik Azərbaycan-a qurumun İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili məlumat verib. Onun sözlərinə görə, xidmətin nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.

Şıxov çimərliyində hasarlanmış dəniz sahili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəzəri hasarlamaq hər adamın işi deyil - Reportaj

Xatırladaq ki, FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə qeyd edilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa, digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Müraciətdə qeyd olunub ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, eyni zamanda qızmar günəş altında fasiləsiz qalmaq (saat 9:00-dan 20:00-dək), hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Xəbər lenti
0