"Bu, Saakaşvilinin təxribatıdır"

© Sputnik / Sputnik / Mediabanka keçidПремьер-министр Мамука Бахтадзе, фото из архива
Премьер-министр Мамука Бахтадзе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz, Gürcüstan, bu cür ssenarinin həyata keçməsinə imkan verməyəcəyik"

BAKI, 8 iyul — Sputnik. Gürcüstanın Baş naziri Mamuka Baxtadze hesab edir ki, "Rustavi 2" telekanalının efirində aparıcının Rusiya rəhbərliyi ünvanına səsləndirdiyi təhqiramiz ifadələr təxribatdır.

Kür çayının üzərində turistlər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusları Gürcüstana kim aparacaq - hamı təklif verir, bizə nə olub?

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Baxtadzenin fikrincə, bu təxribatın arxasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və onun "Vahid Milli Hərəkat" partiyasından olan komandası dayanır.

"Qəbuledilməz ifadələr bir jurnalistin bəyanatı deyil. Bu "Vahid Milli Hərəkat" və onun rəhbərindən Gürcüstan xalqına qarşı illərdir mövcud olan aqressiyadır", - deyə Baş nazir jurnalistlərə bildirib.

Baxtadze aparıcının çıxışını "məqsədi ölkədəki vəziyyəti gərginləşdirmək və ölkənin milli maraqlarına zərbə vurmaq olan çirkli təxribat" adlandırıb: "Heç kimdə bu alınmayacaq. Biz, Gürcüstan, bu cür ssenarinin həyata keçməsinə imkan verməyəcəyik".

Xəbər lenti
0