Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Siyahını hazırlayın: dünyadakı yerimizi bərkitmək vaxtıdır

© AFP 2024 / MIGUEL MEDINAЭмблема ЮНЕСКО, фото из архива
Эмблема ЮНЕСКО, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gələcəkdə Ümumdünya İrs Siyahısına Azərbaycanın daha hansı mədəni irs obyektləri salına bilər?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın uğuru kimi qiymətləndirilir və geniş rezonansa səbəb olub. Bu hadisə ölkəmizdə digər mədəni irs obyektlərinin də UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasına ümidi artırır. Bəs görəsən, gələcəkdə Ümumdünya İrs Siyahısına Azərbaycanın daha hansı mədəni irs obyektləri salına bilər? Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri var. Bunlar Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və sairdir. İ. Hümbətov bildirib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESCO siyahısında sayı bundan sonra da artacaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident İlham Əliyev Azərbaycanı təbrik etdi

"İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olunub, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınıb. 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNESCO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır. Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın UNESCO-da ardıcıl fəaliyyətinin, eləcə də, ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsidir. Bu uğur Azərbaycanın illərdən bəri – həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda – dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin təbii davamıdır. Xüsusi məmnunluq doğurur ki, Şəki ilə bağlı tarixi qərar Ümumdünya İrs Komitəsinin ölkəmizdə keçirilən sessiyasında qəbul olunub. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi faktının özü Azərbaycanın dünya irsi obyektlərinin qorunması məsələsində xidmətlərinin beynəlxalq miqyasda etirafı və yüksək qiymətləndirilməsinin sübutudur. Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir. UNESCO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Ümumdünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir. Bu əlamətdar hadisə həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq miqyasda növbəti təsdiqidir".

Xəbər lenti
0