Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı polisindən sərrast bumeranq effekti - şikayətlər görün necə həll olur

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения"
Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri polisə müraciət ediblər

BAKI, 8 iyul — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi (BPİ) vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan BPİ-nin məlumatına istinadla xəbər verir ki, şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir.

“İsuzu Citibus” markalı yeni avtobuslar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda daha bir marşrut xətti müasirləşdi - FOTOLAR

BPİ-nin müraciətində deyilir: "İnkişaf tempinə uyğun olaraq paytaxtda həyata keçirilən layihələr uğurla icra olunur. Paytaxt müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğunu nəzərə alaraq hər bir şəhər sakini ətraf mühitin ümumi görkəminə töhfə verməlidir.

Nədir bu töhfələr, kimdən daha çox asılıdır? Bu, hər birimizdən asılıdır. Antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır.

Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar".

BPİ sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırıb.

Xəbər lenti
0