Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda zibillə üzgüçülük yarışlarının 12 təşkilatçısı cərimələndi

© Sputnik / Ilham AhmadovОт накопившегося здесь мусора исходит вонь
От накопившегося здесь мусора исходит вонь - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Yeni texnologiyalardan istifadə etmək əvəzinə, primitiv, köhnə üsullardan uzaqlaşa bilmirsiniz"

İradə Cəlil - Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən çimərlik ərazilərində keçirilən  monitorinqlərin nəticələrinə uyğun olaraq Xəzər dənizinin Bakı, Abşeron və şimal  sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib.

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Çirklənmiş çimərlikdə hansı xəstəliyə tutula bilərsiniz – həkim məsləhətinə əməl edin

Nazirliyin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı “Neptun”, “Balıqçı”, “Alma”, “Antalya”, “Mirvari”, “Qala”, “Riad Park” və “Caspian Beach” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə sözügedən obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov  barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

“Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə  “Elay”, “Malibu”, “Jalə”, “Yalama-Xəzər Tusit Bazası” və “Lokomotiv” istirahət mərkəzlərində  formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə  akt və protokollar tərtib olunub. Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib, “Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunmuş sənədlər rayon məhkəməsinə göndərilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı çimərliklərində ölü balıqlar sahili "bəzəyir" - səbəb nədir?

Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi  olan  “məcburi göstəriş”lər verilib”.

Nazirliyin rəsmisi onu da bildirib ki, reydlər Xəzər dənizinin cənub sahil zolağında da keçirilir və nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Mətbuat katibi İ.İbrahimova bir daha dəniz kənarında fəliyyət göstərən obyekt sahiblərinə, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edib.

“Neçə illərdir təbiətimizə, dövlətimizin və xalqımızın sərvətinə laqeyd münasibət göstərərək çirkab suları dənizə axıdırsınız və ona böyük ziyan vurursunuz. Heç olmasa, öz övladlarınızın, doğmalarınızın səhhətini, sağlamlığını düşünün və buna son qoyun.  Müasir texnologiyaların sürətlə inkişaf etdiyi zamanda yaşayırsınız, lakin yeni texnologiyalardan istifadə etmək əvəzinə, primitiv, köhnə üsullardan uzaqlaşa bilmirsiniz. Xüsusilə vurğulamaq istərdik ki, dənizimizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Yenə də hər kəsi təbiətimiz qarşısında öz məsuliyyətini dərk etməyə çağırırıq. İşimiz təbiətə, dənizə zərər vurmaq yox, onu qorumaq olmalıdır!” - İbrahimova deyib.

Xəbər lenti
0