Nüvə razılaşmasına daha bir zərbə: İran həddi keçdi

© AFP 2024 / ATTA KENAREФреска, на которой изображен иранский национальный флаг в центре Тегерана, фото из архива
Фреска, на которой изображен иранский национальный флаг в центре Тегерана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İran bu addımını digər üzv ölkələrin onun tələblərini yerinə yetirməmələri ilə izah edib

 

BAKI, 8 iyul — Sputnik. İran uranın zənginləşdirilməsini 4,5 faiz həddinə çatdırıb.

Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi deyib.

Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Sanksiyalarla sıxışdırılan İran hansı addımları atacaq - politoloq şərhi

Bununla da İran nüvə razılaşması ilə nəzərdə tutulmuş 3,67 faiz həddini keçib.

Dünən Tehran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılmasının ikinci mərhələsinə start verəcəyini elan edib. İran bu addımını razılaşmaya üzv digər ölkələrin onun tələblərini yerinə yetirməmələri ilə izah edib. Sözügedən tələblər ölkənin iqtisadi maraqlarını əhatə edirdi.

İran rəhbərliyi onu da bildirib ki, nüvə sazişinə üzv ölkələr "ABŞ-ın iqtisadi terroru qarşısında" onun maraqlarını təmin etməsə, Tehran 7 iyul tarixindən başlayaraq 60 gün sonra öhdəliklərinin azaldılmasının üçüncü mərhələsinə start verəcək.

Xatırladaq ki, İranın az zənginləşdirilmiş uran limitini keçmək qərarından sonra ABŞ Prezidenti Donald Tramp ötən cümə axşamı Tehranı hədələyib. O, Tehranın qərarına tvitlərindən birində belə bir reaksiya verib: "İran indicə yeni xəbərdarlıq verdi. Ruhani (İran Prezidenti Həsən Ruhani - red.) deyir ki, yeni nüvə razılaşması olmasa, onlar uranı "istədikləri səviyyədə" zənginləşdirəcəklər. Təhdidlərində ehtiyatlı ol, İran! O təhdidlər geri qayıdıb sənə daha öncə heç kəsin görmədiyi bir zərbəni vura bilər".

Xəbər lenti
0