Binəli Yıldırım gec də olsa bu addımı atdı

© REUTERS / KEMAL ASLANBinali Yıldırım
Binali Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Yıldırım Çankaya köşkündən köçür

 

BAKI, 8 iyul — Sputnik. Türkiyənin sabiq Baş naziri Binali Yıldırım Çankaya köşkünü tərk edir. Sputnik Türkiyə xəbər verir ki, bu barədə İhlas Haber Agentliyi (İHA) məlumat yayıb.

Qeyd edək ki, Yıldırım İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olmaq üçün fevralın 19-u Türkiyə Parlamentinin sədri vəzifəsindən istefaya getmişdi.

Lakin bu müddətdən sonra Çankaya köşkündən köçməyən Yıldırım bu səbəbdən müxalifət tərəfindən sərt şəkildə tənqid olunmuşdu.

İstanbul seçkilərində məğlubiyyətdən sonra Ankaraya geri dönən Yıldırım Çankaya köşkündən köçür. Yıldırımın bu ay Ankaranın Dikmen rayonunda özünə məxsus olan evə köçəcəyi bildirilir.

Xəbər lenti
0