BAKI, 8 iyul — Sputnik. İranın cənub qərbində, Əhvaz şəhərinin yaxınlığında Rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ nəticəsində bir nəfər ölüb, 20 nəfər yaralanıb.
Məlumatda qeyd olunur ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Yerli vaxtla 11:30-da baş verən zəlzələnin geniş bir ərazidə hiss edildiyi bildirilir.