BAKI, 7 iyul — Sputnik. Antalyanın Alanya mahalındakı Gümüşkavak Kızılova yaylağında keçirilən festivalda burulğan qopub.
Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, çadırlar altında qalan 6 şəxs yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların beşi qadındır.
Bildirilir ki, bu, Gümüşkavak Yardımlaşma və Həmrəylik Dərnəyinin 1660 m yüksəklikdəki Kızılova meydanında təşkil etdiyi sayca beşinci yaylaq festivalıdır.
Burulğan qısa sürsə də, bayram çadırlarının hamısını dağıtmağa müvəffəq olub.