"İşləyirdi, qəfil dayandı" - Trampın "aeroport" sirri çözüldü

© REUTERS / Leah MillisDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən onsuz da bütün nitqi əla bilirdim, öhdəsindən gəldim"

BAKI, 7 iyul — Sputnik. ABŞ-ın müstəqillik uğrunda mübarizəsindən danışarkən Trampın aeroport və təyyarələri xatırlatması telesuflyorun günahı imiş.

Sputnik Azərbaycan CNN-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Деревянная скульптура в натуральную величину первой леди США Мелании Трамп официально представлена в Рожно, недалеко от ее родного города Севница, Словения - Sputnik Azərbaycan
Trampın həyat yoldaşının heykəli aranı qarışdırdı – FOTO

"O, işlədi-işlədi, qəfil dayandı. Tamam söndü", - Ağ evin sahibi bildirib.

Onun sözlərinə görə, qurğu, çox güman ki, yağışa görə sıradan çıxıb: "Mən onsuz da bütün nitqi əla bilirdim, ona görə də elə suflyorsuz da öhdəsindən gəldim. Bir də: yağışın ucbatından suflyora baxmaq çox çətin idi".

Xatırladaq ki, Donald Tramp ölkəsinin Müstəqillik Gününə həsr olunmuş çıxışında Amerika ordusunun azadlıq müharibəsi zamanı "səmada qələbə" çalması haqqında danışıb. "Ordumuz səmanı əlinə keçirdi, istehkam divarlarını dağıtdı, aeroportları tutdu – lazım olan hər şeyi etdi", - Tramp çıxışı zamanı deyib. Halbuki, ABŞ-ın müstəqillik uğrunda müharibəsi 1775-ci ildən 1783-cü ilədək davam edib, Vilbur və Orvil Rayt qardaşları tərəfindən yaradılmış ilk təyyarə isə 1903-cü ildə havaya qalxıb.

Xəbər lenti
0