BAKI, 7 iyul — Sputnik. Bu gün Şirvan-Sabirabad marşrutu üzrə hərəkət edən mikroavtobus yolu keçən azyaşlını vurub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Sabirabad Olimpiya kompleksinin qarşısında baş verib.
Azyaşlı hadisə yerində ölüb. Hazırda uşağın kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.