“Dünya ictimaiyyəti kibercinayətkarlığın təhdidlərinə qarşı İnterpolla əməkdaşlıq edərək mübarizə aparmalıdır”. Bunu INTERPOL World 2019 beynəlxalq konfransının açılışında Sinqapur Daxili işlər nazirinin müavini Cozefina Teo deyib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycana bildirib ki, bizim ölkədə bu istiqamətdə bir sıra addımlar atılsa da, bəzi problemlər qalmaqdadır: “Bir neçə müddət bundan öncə bir sıra banklarda ciddi problemlər olmuşdu. Müəyyən şəxslər tərəfindən banklarda hesablara daxil olmağa qədər güclü hücumlar olub. İnkişaf olduqca, bu problemlər də artma istiqamətində gedəcək. Ona görə də aidiyyatı qurumlar bununla bağlı texnologiya, kadrlar və resurslar cəhətdən ciddi tədbirlər görməlidir. Bu davam edən prosesin heç vaxt sonu olmayacaq. Yeni texnologiyalarla bağlı gərək yeni təhlükəsizlik tədbirləri görülsün”.
Osman Gündüzün geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz