BAKI, 7 iyul — Sputnik. ATƏT-in Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik üzrə komitəsi "Şimal axını-2" və "Türk axını" layihələrini enerji resurslarının idxalından asılı dövlətləri siyasi və iqtisadi cəhətdən potensial asılı vəziyyətə salma aləti kimi qiymətləndirən qətnamə qəbul edib. Müvafiq dəyişiklikləri ABŞ-dan olan parlamentarilər sənədə daxil ediblər.
Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, "ATƏT regionunda enerji təhlükəsizliyi" qətnaməsinin müəllifi Litvadan olan parlamentari Ruta Milyutedir.
Sənəddə "korrupsiya təcrübəsi, xüsusilə də enerji sektorunda işləyən dövlət monopoliyaları sahəsində hökm sürən rüşvətxorluq"dan narahatlıq bildirilir, həmçinin enerji resurslarını ixrac, idxal edən və onların tranzitini reallaşdıran ölkələr arasında dialoqun inkişaf etdirilməsinin vacibliyi vurğulanır.
Qətnamə ATƏT-ə üzv ölkələrin hökumətlərini enerji resurslarından onların ixracından asılı ölkələrə təsir və ya itaət aləti kimi istifadə etməkdən çəkindirir.
ABŞ parlamentariləri Litva və Kanadadan olan bir neçə həmkarları ilə birlikdə sənədə ""Şimal axını-2" və "Türk axını" layihələrinin enerji resurslarının idxalından asılı olan üzv ölkələrə potensial siyasi və iqtisadi təsir aləti olmasından xüsusi narahatlıqlarını əks etdirən" düzəliş ediblər.
"Söhbət (enerji resurslarının) bir mənbəsinə olan istinadın artmasından gedir. Mərkəzi və Şərqi Avropadan olan dostlarımız bundan ziyan çəkə bilərlər. Bu, regionda korrupsiyanın artmasına və stabilliyin pozulmasına gətirib çıxara bilər. Ukraynanın indicə çıxış etdiyi kimi, axının uzadılması ilə bağlı bir sıra nəticələr meydana çıxa bilər. "Türk axını" Rusiyanın başqa ölkələrə təsir imkanını gücləndirir və bunun mənfi nəticələri ola bilər.
Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyayadək ildə 55 milyard kub metr ötürücülüyə malik iki qaz xəttinin tikilməsini nəzərdə tutur.
Türkiyə nümayəndə heyəti öz növbəsində düzəlişə etiraz edib, çünki qaz tədarükü "Türk axını"na qoşulmaqda sərbəst qərar verməli olan ölkələr arasında razılaşmaların nəticəsindən asılı olacaq.
Komitə düzəlişlıəri nəzərə alaraq qətnaməni qəbul edib.