BAKI, 6 iyul — Sputnik. Tunis hökuməti dövlət idarələrinə, ictimai yerlərə üzü niqablı daxil olmağı qadağan edən qərar qəbul edib.
Sputnik Azərbaycan-ın Türkiyə ına istinadla məlumatına görə, ötən həftə baş verən intihar hücumlarından sonra hökumət təhlükəsizlik məqsədilə bu qərarı qəbul edib. Artıq qərar Tunisin dövlət idarələrinə göndərilib. Üzlərini qapayaraq dövlət idarələrinə və ictimai yerlərə daxil olmağı qadağan edən qərar Tunis Prezidenti Yusif Şahid tərəfindən imzalanıb.
Tunis hökuməti iyunun 27-də paytaxtda iki kamikadzenin birgə intihar hücumundan sonra gözlər xaricində üzünün qalan hissəsini örtənlərlə qadağanı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxtda tətbiq edib.
Qeyd edək ki, İŞİD-in öz üzərinə götürdüyü və güc strukturlarını hədəfə alan bu hücum nəticəsində, bir polis və bir sıravi vətəndaş həyatını itirmişdi. Tunis İnsan Hüquqları Müdafiə Assosiasiyası isə məsələ ilə bağlı açıqlama verərək bildirib ki, niqab qadağası baş verən olaylarla bağlı müvəqqəti xarakter daşımalıdır.