CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ uğrunda həlak olan qəhrəmanların məzarları bərpa edildi - Qalmaqala əsas yoxdur

© Sputnik / Irade JELILQarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il də sosial şəbəkələrdə belə bir video yayılmışdı

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Ötən gün sosial şəbəkələrdə Xırdalan qəbiristanlığındakı, Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının məzarlarının acınacaqlı durumunu əks etdirən video yayılmışdı.

© Sputnik / Irade JELILQarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları - Sputnik Azərbaycan
1/4
Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları

2/4

3/4

4/4

Videoda Qarabağ uğrunda döyüşlərdə həlak olmuş 7 şəhidin məzarının dağılmasından, baxımsız vəziyyətdə qalmasından söhbət gedirdi.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələni araşdırıb.

Xırdalan qəbiristanlığında əfqan vətəndaşları üçün ayrılmış ərazidə hazırda 27 məzar var. Onlardan 7-si 1992-1994-cü illərdə Qarabağ döyüşlərində həlak olmuş döyüşçülərə aiddir.

Məzarlar Əfqan Veteranları İctimai Birliyi tərəfindən qoyulub. Sonradan hava şərtləri ilə əlaqədar məzar daşları aşınmaya uğrayıb, 3 məzarın başdaşı yapışqanından qoparaq, yerə düşüb.

Digər 4 məzarın başdaşlarını isə məzarlığın işçiləri çıxararaq yerə qoyub ki, külək vurub qırmasın. Və bu vəziyyət 3-4 il davam edib.

Ötən il qəbirisitanlıqdakı acınacaqlı vəziyyətlə bağlı video yayıldıqdan sonra məzarların başdaşı bərpa edilib.

© Sputnik / Irade JELILQarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının bərpa olunmuş məzarları
Qarabağ uğrunda həlak olan qəhrəmanların məzarları bərpa edildi - Qalmaqala əsas yoxdur - Sputnik Azərbaycan
Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının bərpa olunmuş məzarları

Xırdalan Bələdiyyəsinin sədri Eldar Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məzarlar elə keçən il bərpa edilib. Bu günlərdə yayılan video isə görünür ki, ötən illərdən qalma köhnə videodur: "Gedib baxa bilərsiniz, məzarlar bərpa edilib. Heç bir problem yoxdur".

Qəbiristanlığın əməkdaşlarının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ərazi 90-cı ilin əvvəllərində əfqan vətəndaşlarının dəfn edilməsi üçün ayrılıb. Əvvəlcə şəhidlər, sonradan isə onların qohum-əqrabaları həmin ərazidə dəfn edilib.

Hazırda əfqan vətəndaşlarının məzarlarının olduğu ərazidə şəhid məzarları bərpa edilib. Ərazinin qurumuş otları yandırılıb.

Xəbər lenti
0