CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diaspor nümayəndələri Vanda tədbirlər keçiriblər

© © Diasporla İş Üzrə Dövlət Komitəsinin mıətbuat xidmətiDiaspor nümayəndələri Vanda tədbirlər keçiriblər
Diaspor nümayəndələri Vanda tədbirlər keçiriblər - Sputnik Azərbaycan
Abunə olmaq
"Vanda aparılan bəzi fəaliyyətlər Azərbaycan və Türkiyəni birbaşa hədəf alıb"

BAKI, 5 iyul — Sputnik. Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) birgə təşkilatçılığı ilə Türkiyənin Van şəhərində bir sıra görüşlər keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a BDM-in sədri İsmayıl Ağayev məlumat verib.

© © Diasporla İş Üzrə Dövlət Komitəsinin mıətbuat xidmətiDiaspor nümayəndələri Vanda tədbirlər keçiriblər
Diaspor nümayəndələri Vanda tədbirlər keçiriblər - Sputnik Azərbaycan
Diaspor nümayəndələri Vanda tədbirlər keçiriblər

O, qeyd edib ki, görüşlərin keçirilməsində məqsəd Azərbaycan mədəniyyətini bu bölgədə daha yaxından təbliğ etmək məqsədilə önümüzdəki yaxın zamanlarda görüləcək təməlli fəaliyyətin əsasını qoymaqdır: "Bu bölgədə son dövrlər erməni diasporuna bağlı bir sıra xoşagəlməz fəaliyyətlər aparılır və bu fəaliyyətlər Azərbaycan və Türkiyəni birbaşa hədəf alıb".

İ. Ağayevin sözlərinə görə, Akdamar adasını ziyarət edərək, bu adanın və buradakı Akdamar kilsəsinin türk-xristian mədəniyyətinə aid olduğunu bildiriblər.

"Türkiyənin müxtəlif sayt və qəzetləri bizim səfərlərimiz haqqında yazıb. Türkiyədə işıq üzü görən AGOS qəzetində də bizim fəaliyyətlərimizdən narahat olduqlarını əsk etdirən bir yazı yayımlanıb", - deyə Ağayev bildirib.

Xəbər lenti
0