Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Samir Dübəndi: “Az büdcəli hotellərimizin sayını artıra bilərik”

© Sputnik / Murad OrujovСамир Дюбенди
Самир Дюбенди - Sputnik Azərbaycan
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, Bakı şəhərində 60-70 arası hostel fəaliyyət göstərir
Samir Dübəndi: “Ölkəmizdə hostellərin sayı dəfələrlə artıb”

“Son illər ərzində ölkəmizdə hostellərin sayı dəfələrlə artıb”. Bunu Sputnik Azərbaycan-a ölkəmizdə fəaliyyət göstərən hostellərin vəziyyəti haqqında danışarkən DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, bir neçə il öncəyə qədər bizdə bu seqment mövcud deyildi, lakin son illər ərzində çox sayda müasir və komfortlu hostellər fəaliyyətə başlayıb:

“Hesablamalarımıza görə, Bakı şəhərində 60-70 arası hostel fəaliyyət göstərir. Hostellərin təqdim etdikləri komfort səviyyəsi hotellərin imkanlarından bir qədər aşağı olur. Ancaq hər bir turizm bazarı üçün belə yerləşmə müəssisələrinin olması vacibdir. Ona görə ki, bizim az büdcəli turistlərimiz də var və onların da ehtiyyaclarını qarşılamaq üçün uyğun qiymətlər təklif etməliyik. Onu da demək zəruridir ki, bu sahəyə daha çox diqqət yetirilməlidir. Orta və kiçik sahibkarlığın bu sahədə çalışması üçün müəyyən imtiyazlar düşünülsə onlar da fəaliyyət göstərməkdə maraqlı olar. Bu halda biz az büdcəli hotellərimizin sayını artıra bilərik”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0