BAKI, 5 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,39 dollar artaraq 65,46 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,12 dollar ucuzlaşaraq 63,18 dollar, "Light" markalı neftin qiyməti isə 0,68 dollar geriləyərək 56,66 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.