BAKI, 5 iyul — Sputnik. Ankaranın Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaş Rusiya paytaxtı Moskvaya səfər edib. Sputnik Türkiyə xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsi sədri Moskvada keçirilən "Moscow Urban Forum"-a qatılıb.
Səfər çərçivəsində Yavaş Moskva meri Sergey Sobyaninlə 2019-2021-ci illəri əhatə edən iş birliyi protokolu imzalayıb.
— Ankara Büyükşehir (@ankarabbld) 4 июля 2019 г.
1993-cü ildən bəri qardaş olan iki şəhər - Ankara və Moskva yeni iş birliyi protokolu ilə infrastrukturdan nəqliyyata, ticarətdən turizmə qədər bir çox sahədə birlikdə işləyəcəklər.