ABŞ Azərbaycanın özündən əlavə töhfəsini də dəstəkləyir

© Photo : ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətiABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger
ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger  - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ müstəqillik əldə etdiyi ilk gündən bəri siyasət və iqtisadiyyatın bütün sahələrində Azərbaycanla əməkdaşlıq edərək onun müstəqilliyini, sabitliyini və çiçəklənməsini dəstəkləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger ADA Universitetində  Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışı zamanı bildirib.

"Biz Azərbaycanın Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfəni dəstəkləyirik. Bu nöqteyi nəzərdən Azərbaycan "Şərq-Qərb" istiqamətində Avropoya Rusiyadan başqa qaz çatdıran yeganə tədarükçüdür. Birləşmiş Ştatlar Cənub Qaz Dəhlizini və bu layihəyə cəlb olunan bütün şirkətləri dəstəkləyir", - Erl Litzenberger bildirib.

Diplomat eyni zamanda vurğulayıb ki, ABŞ müstəqillik əldə etdiyi ilk gündən bəri siyasət və iqtisadiyyatın bütün sahələrində Azərbaycanla əməkdaşlıq edərək onun müstəqilliyini, sabitliyini və çiçəklənməsini dəstəkləyir: "Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli faktorlardan biri də kibercinayətkarlıqla mübarizədir. Biz Azərbaycana bu məsələnin prioritet olmasını tövsiyyə edirik".

Xəbər lenti
0