BAKI, 4 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələrində ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a BDYPİ-dən məlumat verilib.
Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri, eləcə də şəxsi nəqliyyat vasitələrində xarici ölkələrə səfər etməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşlarını məlumatlandırmaq məqsədilə bildirir ki, Gürcüstan və Bolqarıstan respublikalarının yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.
Əsasən, yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökümətinin 01.07.2019-cu il tarixli, 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb sayt vasitəsilə daha ətraflı məlumat ala bilərlər.