BAKI, 4 iyul - Sputnik. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.
Müsabiqəyə iyunun 24-dən start verilmişdi.
Elektron ərizəsi yoxlanılaraq qəbul edilən namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək.
Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.