Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu il Azərbaycana gələn rus turistlərin sayında artım olacaqmı - ekspert şərhi

© Sputnik / Murad OrujovDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, Gürcüstana gedə bilməyən turistlərin müəyyən qismi Azərbaycana gələcək
Azər Allahverənov: “Gürcüstana gedəcək turistlərin sayında 150 min azalma olacaq”

Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarını müvəqqəti qadağan edib.  

Sənədə əsasən, 2019-cu ilin 8 iyul tarixindən etibarən Rusiya aviaşirkətlərinə ölkə ərazisindən Gürcüstan ərazisinə vətəndaşların daşınması müvəqqəti dayandırılacaq. Turistik şirkətlərə qadağanın qüvvədə olduğu müddətdə Gürcüstanla əlaqəli turistik xidmətlərin satışından imtina edilməsi tövsiyə edilib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, müxtəlif ekspertlər Gürcüstana gedəcək turistlərin sayında 150 min azalmanın olacağını iddia edirlər:

“Belə olduğu halda, həmin turistlər yaxın ölkələrə səfər etməyi seçəcəklər. Rusiya tur şikətləri əsasən Krım və Şimali Qafqaza səfərlərin reklamını aparırlar. Çox güman ki, o turistlərin müəyyən qismi Azərbaycana gələcək. Bu da ölkəmizə gələcək rus turistlərin sayında artıma səbəb olacaq”.

Azər Allahverənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0