CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbərdaqlıq: Rəngli şüşələrdə satılan spirtli içkiləri əsla almayın!

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidВ магазине сети "Беру выходной" продаётся более трёх тысяч сортов пива и более трёх сотен сортов сидра, пуарэ и медовухи
В магазине сети Беру выходной продаётся более трёх тысяч сортов пива и более трёх сотен сортов сидра, пуарэ и медовухи - Sputnik Azərbaycan
Abunə olmaq
Rəngli şüşə butulkalardakı alkoqollu içkilər insan orqanizminə qurğuşun və kadmium kimi zərərli maddələrin daxil olmasına səbəb olur.

BAKI, 3 iyul — Sputnik. Rəngli şüşə butulkalardakı alkoqollu içkilər insan orqanizminə qurğuşun və kadmium kimi zərərli maddələrin daxil olmasına gətirib çıxarır. Bu nəticəyə Böyük Britaniyanın Plimut Universitetinin alimləri apardıqları tədqiqatlar nəticəsində gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, aparılan elmi araşdırmalarla bağlı məlumatı Environmental Science and Technology nəşri yayıb.

Bakıda səyyar kvas satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sərinləmək üçün 50 qəpiklik içkiləri alarkən diqqətli olun

Məqalənin müəllifi Endryu Törner alkoqolun satıldığı şüşə butulkaların təbiətini öyrənmək qərarına gəlib. Törner rentgenofluoressent analizin köməyi ilə şəffaf və rəngli şüşələri, eləcə də çeşidli boyalarla boyanmış butulkaları tədqiq edib.

Məlum olub ki, 89 tədqiqat nümunəsindən 76-da qurğuşun, 55-də isə kadmium aşkarlanıb. Bütün yaşıl şüşə qablarda xromun olması müəyyən edilib. Qəhvəyi rəngli şüşələr, sən demə, daha təhlükəsiz imiş. Onların içində xrom yalnız 40% müəyyən edilib. Ən az qurğuşun şəffaf şüşələrin tərkibində aşkarlanıb ki, onun da konsentrasiyası insan sağlamlığına və ətraf mühitə təhlükə yaratmır.

Boyalarla boyanmış şüşələrə gəldikdə, bu boyalar qismən və ya tamamilə qurğuşun və kadmiumun təhlükəli birləşmələrindən ibarətdir.

"Hər gün istifadə etdiyimiz şeylərdə belə yüksək səviyyəli toksik maddələrin tapılması təəccüblüdür. Zərərli birləşmələrin məhsulların saxlanması və zibilin təkrar emalı zamanı geniş yayıla bilməsi də narahatlıq doğurur", - deyə Törner Universitetin yaydığı press-relizdə bildirib.

Xəbər lenti
0